ABŞ-da benzin daşıyan avtomobil qəzaya uğrayıb

ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend adasında 13 tondan artıq
gallon benzinlə yüklənmiş tanker binaya çırpılıb və böyük yanğına
səbəb olub.

Trend xəbər verir ki, bu barədə məlumatı yerli yanğınsöndürmə
idarəsi yayıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü və üç yanğınsöndürən
yaralanıb.

Nyu-York qubernatoru açıqlamasında, 12 tondan artıq yanacağın
töküldüyünü və ətraf yolların bağlı qaldığını söylədi.

Hadisə yerinə ətraf mühitin mühafizəsi, nəqliyyat, daxili
təhlükəsizlik və fövqəladə hallar departamentlərinin əməkdaşları
cəlb edilib. Yük maşınının çırpıldığı bina tamamilə uçub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Teqlər: