Kraliça II Yelizavetanın səhhətində problemlər yaranıb

Böyük Britaniyanın 95 yaşlı monarxı kraliça II Yelizavetanın
səhhətində problemlər yaranıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, kral ailəsinin
başçısı yeriməkdə çətinliklə üzləşib.

Çərşənbə günü Vindzor sarayında kraliçaya səhhətiylə bağlı sual
verdikdə, o, “gördüyünüz kimi hərəkət edə bilmirəm” söyləyib.

Daily Mail nəşri mənbəyə istinadən bildirir ki, kraliça əsayla
belə hərəkət etməkdə çətinlik çəkir. İlkin ehtimala görə, buna
səbəb yaşla bağlı olan dəyişikliklərdi.