Avropa Komissiyasının sədri Ukraynanın Avropa İttifaqına daxil olmasını istəyib

Ukrayna Avropa İttifaqına daxil olmalıdır.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Euronews” telekanalına müsahibəsində
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Müxbirin Avropada on minlərlə insanın küçələrə çıxaraq
Ukraynanın Avropa İttifaqına qəbul olunmasını tələb edərək
Ukraynaya dəstək ifadə etməsinə Aİ-nin necə reaksiya verdiyi barədə
sualına Ursula fon der Lyayen deyib:

“Ukrayna artıq bəzi proseslərə daxil edilib, məsələn, Ukrayna
bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn,
enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da
bizə qoşulacaq. Bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən
biridir və biz onu Avropa İttifaqında görmək istəyirik”, – deyə o
qeyd edib.

Volodimir Zelenski də bu gün Ursula fon der Leyen ilə söhbəti
zamanı Kiyevin Avropa İttifaqına üzvlük perspektivlərini müzakirə
edib. Bu barədə V.Zelenski öz “Twitter” səhifəsində bildirib.