Avropa çempionatı: Boksçumuz gümüş medal qazanıb

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında
Avropa çempionatında final görüşlərinə start verilib.

AzerTimes-ın
məlumatına görə, həlledici görüşə vəsiqə qazanan Azərbaycan
millisinin iki üzvündən rinqə əvvəlcə Ruslan Qədirov (54 kq)
çıxıb.

Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən
20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə
gəlib. Gərgin keçən qarşılaşmada rəqib qələbə qazandığından
boksçumuz gümüş medalla kifayətlənib.

Nəticədə, Azərbaycan yığmasının Avropa çempionatında qazandığı
medalların sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl Cəlal Qurbanov
(63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər.
Boksçumuz Nicat Hüseynov (51 kq) isə final görüşünə axşam seansında
çıxacaq.

Teqlər: