Tərtər. Trend:
Avarçəkmə üzrə növbəti beynəlxalq yarış Suqovuşanda keçirilə
bilər. Bununla bağlı artıq işlər aparılır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad
Əliyev bildirib.
“Bizim idmançılar üçün böyük bir stimuldur ki, belə bir tədbir
Qarabağda keçirildi. Prezident cənab İlham Əliyevə buna görə
təşəkkürümüzü bildirirəm. Bundan sonra gənclərimiz bu soyuq havaya
baxmayaraq, məşqləri burada keçirir. Artıq bundan sonra da tez-tez
burada məşqlərin keçirilməsi nəzərdə tutulur. Ən böyük
hədəflərimizdən biri yaxın gələcəkdə avarçəkmənin “Kayak”, “Akademik avarçəkmə” və “Kanoe” növləri üzrə beynəlxalq yarışların
burada keçirilməsinə nail olmaqdır. Konkret olaraq, bu, may ayında
nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə tam dəqiq məlumat
veriləcək”, – deyə o qeyd edib.