Suqovuşanda turizmin inkişafı üçün konsepsiya hazırlanıb

Tərtər. Trend:

Dövlət başçısının tapşırığına əsasən, biz bir müddət öncə
Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün konsepsiya
hazırladıq. Həmin konsepsiyaya əsasən, biz burada artıq o işlərin
başlanmasını görürük.

AzerTimes xəbər verir ki, bunu
Suqovuşanda jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin
sektor müdiri Elgün Cavadov bildirib.

Onun sözlərinə görə, bu ərazidə su anbarının ətrafında müxtəlif
turizm zonalarının yaradılması nəzərdə tutulur.

“Arxada gördüyünüz hissədə istirahət yerlərinin inşası nəzərdə
tutulub. Artıq cənab Prezident tərəfindən burada təməlqoyma
mərasimi olub. Zonalara görə bura gələn turistlər üçün, xüsusilə,
Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin
yaradılması planlaşdırılır. Gələcəkdə də su anbarı ətrafında olan
ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Burada parklanma və
iaşə zonaları da inşa olunacaq. Bütün bu inşaat işlərinin
aparılması üçün ilkin olaraq 5 hektar ərazi ayrılıb”.

Teqlər: