Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib (VİDEO)

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru
Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və
qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki çalışmalara cəlb
olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri
çatdırılıb.

Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə
yetirilib.

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə
yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi
nəzərə alınmaqla həyata keçirilib.

Teqlər: