Astaradan “Aqroekspress” layihəsi çərçivəsində növbəti qatar yola düşəcək

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bu gün Astaradan “Aqroekspress” Rusiya-Azərbaycan layihəsi
çərçivəsində növbəti qatar yola düşəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri
vəzifələrini icra edən Yusif Abdullayev Bakıda “Azərbaycan-Udmurtiya” biznes forumu zamanı deyib.

“Bu, Azərbaycanla Rusiya arasında ticarət dövryyəsinin artımına
xidmət edəcək”, – deyə o bildirib.

Y.Abdullayevin sözlərinə görə, AZPROMO Azərbaycan qeyri-neft
ixracının inkişafını hədəfləyir.

(Tərcümə: Orxan Nəbiyev)