AQTİ və TAGEM mütəxəssisləri arasında görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Türkiyə
Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Aqrar
Təqdiqatlar və Siyasətlər Baş İdarəsi (TAGEM) mütəxəssisləri
arasında videokonfrans formatında görüş keçirilib. Görüş ötən
dövrdə bitki sağlamlığı sahəsində AQTİ və TAGEM arasında imzalanmış
Anlaşma Memorandumu çərçivəsində cari il üçün görüləcək işlərin
fəaliyyət planının müzakirəsi məqsədilə təşkil olunub.

Görüşdə Anlaşma Memorandumu əsasında reallaşacaq fəaliyyət planı
təkrar nəzərdən keçirilib, əməkdaşlığın növbəti mərhələsi, eyni
zamanda qarşılıqlı maraq doğuran, birgə fəaliyyətdə üstünlük
verilən istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Sonda tərəflər arasında prioritet mövzulara uyğun olaraq
təlimlərin təşkili, müvafiq sahədə fəaliyyət göstərən
laboratoriyalar arasında qarşılaşdırma testləri və Referens
material ehtiyacı üzrə əməkdaşlığın qurulması üzrə razılığa
gəlinib.

Teqlər: