AQTİ sahibkarlıq subyektlərinə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində dəstəyini davam etdirir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida
zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinə
peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından
dəstəyini davam etdirir. Müəssisələrdə fəaliyyətin müvafiq
standartlarda təşkili, eyni zamanda iştirakçıların uyğun bilik və
bacarıqlarının artırılmasına yönələn növbəti təlim Veysəloğlu
Şirkətlər Qrupunun müraciətinə uyğun olaraq, “Araz” supermarketlər
şəbəkəsində baş tutub.

AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən
təlim zamanı müəssisə daxilində iş sahələri və ərzaq saxlama
otaqlarına hərtətəfli baxış keçirilib, işçilərə yerində metodiki
məlumatlar verilib.

Eyni zamanda müəssisədə “Yeyinti məhsulları haqqında” qanun,
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, o cümlədən qida və
yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida
subyektlərində HACCP (Hazard Analysis and Critical Control Point –
Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin
mərhələli tətbiqi, prinsipləri barədə geniş məlumat və
qanunvericiliyə müvafiq tələblər üzə tövsiyələr verilib.

Qeyd edək ki, qida təminatının aparıcı sektorları (ictimai-iaşə,
pərakəndə satış, istehsalat, ayaqüstü qidalar) üzrə artıq bir neçə
müəssisədə fərdi yanaşma şəklində uğurla icra olunan qiymətləndirmə
və məqsədi xidmətlərinin məqsədi müəssisələrin beynəlxalq
standartlara, həmçinin yerli qanunvericiliyin tələblərinə
uyğunlaşdırılmasıdır.

Teqlər: