Aqroturizm azad olunan ərazilərin inkişafında vacib rol oynayacaq – Aparat rəhbəri

Xəbər - Humay Ağacanova – Trend:

Aqroturizm azad olunan ərazilərin inkişafında vacib rol
oynayacaq

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda kənd yerlərinin
inkişafı və Milli Aqroturizm sisteminin yaradılmasına dair
tədbirdəçıxışı zamanı Dövlət Turizm Agentliyinin aparat rəhbəri
Kənan Qasımov deyib.

O qeyd edib ki, Azərbaycanın aqroturizm potensialı çoxdur. Bu
sahə həm kənd təsərrüfatına, həm də turizmə böyük fayda
verəcək.

K.Qasımovun sözlərinə görə, aqroturizmin inkişafında ən vacib
elementlərdən biri bu sahədə olan insanların bilik və
bacarıqlarının artırılmasıdır.

“Azərbaycan reallıqlarında ən vacib strukturlar kənd təsərrüfatı
və turizmdir. Aqroturizm bu iki vacib sahəni özündə birləşdirilir.
Bu sahə həmçinin azad olunan ərazilərin inkişafında vacib rol
oynayacaq”, – deyə agentlik rəsmisi əlavə edib

Teqlər: