Unibank Microsoft lisenziyalarının alınması üçün tender keçirir

Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və
möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Hüseynovun
adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix
22.02.2022-ci il, saat 12.00-dır.

Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.

Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı
hesabı “Unibank” KB ASC-də açmalıdır.


Tender haqqında daha ətraflı məlumatı bu linkdən (https://unibank.az/az/news/retail/767/unibank_microsoft_lisenziyalarinin_alinmasi_uchun_tender_kechirir)
öyrənə bilərsiniz.

Texniki şərtlərlə əlaqədar sualınız yaranarsa, [email protected]
müraciət edə bilərsiniz.