Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb (FOTO/VİDEO)

18 May tarixindən etibarən Bakıda 15-ci “Caspian Agro” kənd
təsərrüfatı sərgisi start verib.

Ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin
tədarükçülərı, istehsalçılar, fermerlər və dövlət qurumları
arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq
platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24
ölkədən 449 iştirakçı təmsil olunub. Sərgidə fermerlərə müasir
aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və
tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri,
istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Bu
ilkli sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub.
Türkiyə və İsrailin kənd təsərrüfatı nazirlərinin, eləcə də
Gürcüstanın kənd təsəfrrüfatı nazirinin müavininin sərgidə iştirakı
buna əyani sübutdur.

Kənd təsərrüfatının dayanıqlı
inkişafı mütərəqqi texnologiyaların tə
tbiqi ilə
mümkündür.

Bunların arasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus
Smart Agro” stendində Aqroservis ASC tərəfindən
təqdim edilən “Robotti” texnikasını xüsusi qeyd
etmək lazımdır. Regionda bir ilk olan bu texnika, hətta, dünya
səviyyəsində belə cəmi bir neçə ölkədə pilot layihə kimi
sınaqlardan keçirilir. Danimarkanın Agrointelli şirkətinin
istehsalı olan “Robotti” heç bir sürücünün və idarəedicinin
köməyinə ehtiyac olmadan avtonom şəkildə çalışan və traktoru əvəz
edən innovativ bir aqrobotdur. Bu aqrobot ağıllı idarəetmə
sistemilə təchiz edilmişdir ki, bu da Robottiyə heç bir müdaxilə
olmadan sahə üzrə optimal marşrut seçərək işləri icra etməyə imkan
yaradır. Təhlükəsizliyin təmin edilməsi üçün Robotti xüsusi ölçü
cihzaları ilə təchiz edilmişdir. Bunun sayəsində o, həm də
bitkilərin zədələnməsinin qarşısını ala bilir. Aqrobot eyni
performanslı traktorla müqayisədə iki dəfədən çox yüngül olduğu
üçün torpağın preslənməsinə yol vermir, bu isə öz növbəsində
məhsuldarığa əlavə müsbət təsir edir. Robotti innovativ texnikası
standart qoşqu və aqreqatlarla işləmək üçün tam uyğundur.

Stenddə digər diqqət cəlb edən innovativ texnikalardan yerli
istehsal “Aqrosron 1” aqrodronunu və Almaniya istehsalı olan
“Trinity F90 Plus” aqrar monitorinq dronunu qeyd etmək lazımdır.
“Aqrosron 1” dronu 16 litr tutumlu dərmansəpən çən, 4 kamera ilə
təchiz edilmişdir. 1 hektar ərazini 30-35 dəqiqəərzində dərmanlayıb
bitirmək qabiliyyətinə malikdir.

“Trinity F90 Plus” isə multispektral və topoqrafik xəritələrin,
ərazilərin və bitkilərin elektron xəritələrinin hazırlanması,
zərərvericilərin və xəstəliklərin müəyyən edilməsi üzrə
ixtisaslaşmış innovativ bir drondur. Bu aqrodron topladığı
məlumatlar ilə məhsul yığımının vaxtının dəqiqləşməsinə və ən
optimal vaxtı müəyyənləşdirərək, məhsuldan gələn gəliri maksimum
həddə çatdırmağa kömək edir.

Beləliklə, biz Azərbaycan dövlətinin və ölkədə sektorun
lokomotiv qüvvəsi olan Kənd Təsərrüfatı Nazirliyinin aqrar sektorda
da innovativ texnologiyaların tətbiqində maraqlı olduğunu görürük.
Bu, həm də hökümətin digər texnoloji pilot layihələri ilə öz
təsdiqini tapır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin işğaldan
azad edilmiş Zəngilan rayonunda həyata keçirdiyi “Ağıllı kənd”
layihəsi özü də dünyada rast gəlinən unikal layihələrdəndir. Burada
məqsəd mütərəqqi aqrotexnoloji nailiyyətlərdən istifadə edərək,
kənd təsərrüfatının intensif inkişafına, fermerlərin gəlirlərinin
artmasına, torpaq və su resurslarına qənaət edilməsinə və ölkəmizin
ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Artıq bütün
dünyada bu qəbul edilmiş həqiqətdir ki, intensiv və dayanıqlı kənd
təsərrüfatı yalnız yüksək səmərəliliyə və dəqiqliyə malik müasir
texnologiyaların tətbiqi ilə mümkündür. Bu baxımdan nazirliyin
tutduğu xəttin mütləq öz bəhrəsini verəcəyi qənaətindəyik.

Meyvə bağlarında yeni standart

Sərgidə digər maraqlı texnika isə bütün dünyada öz kənd
təsərrüfatı texnikalarının performansı və keyfiyyəti ilə məşhur
olan New Holland şirkətinə məxsus zeytunyığan
kombayn oldu. New Holland Braud 9090x zeytunyığan
kombaynı ölkə üzrə öz sinfində unikal texnikadır. Kombayn 6
silindrli 175 at gücünə malik mühərriklə təchiz edilmişdir ki, bu
da həm artırılmış çəkim gücü, həm də yanacağa 35% qənaət imkanı
verir. New Holland Braud 9090x zeytunun daha tez
və itkisiz yığılmağını təmin edir. GPS texnologiyası ilə təchiz
edilmiş xüsusi RTK sistemi sahənin xəritələnməsi və İntelliView
monitoru vasitəsilə cərgələrə nəzarət imkanı yaradır. Bunun
sayəsində sistem məhsulun yığıldığı və yığılmadığı cərgələri ölçə
bilir. Eyni zamanda kombaynda yığımdan öncə və sonra avtomatik çəki
ölçmə mexanizmi mövcuddur. Bu isə sahələrin məhsuldarığını ölçməyə
və nəzarətdə saxlamağa imkan verir.

Öncəki illərdən fərqli olaraq, New Holland
stendində çox sayda yeni traktor modelləri də müşahidə edilir.
Şirkət rəsmisi tərəfindən bu ildən Azərbaycan bazarında New Holland
markalı traktorların iri, orta və kiçik ölçülü təsərrüfatlarda,
bağlarda istifadə edilən çox sayda model ilə təmsil olunacağı
bildirildi.

+ NH Olive Harvesterin müsahibə videosu

Fermerlər italyan texnologiyalarına maraq
g
östərir

Sərgidə İtaliyadan Maschio Gaspardo şirkəti də iştirak edir.
Maschio Gaspardo çox geniş model sırasına malik bir şirkətdir.
Xüsusilə qeyd etmək lazımdır ki, şirkət Azərbaycan bazarında
bağçılıq sahəsində geniş istifadə edilən bütün növ aqreqatları ilə
rəğbət qazanıb.

Bu ilki sərgidə şirkət yerli bazarda unikal olan 3.2 tonluq, GPS
sistemi və ərazi relyefinin izlənməsi sisteminə malik, nəzarət
monitorları ilə təchiz edilmiş qoşulan tip innovativ ağıllı
Gaspardo Campo 32 dərmansəpəni də nümayiş etdirir.
Bu dərmansəpən xüsusi ölçü, nəzarət və hidravlik açılan qolların
üzrərində yerləşən hava yastıqları mexanizmləri vasitəsilə pestisid
tətbiqinin daha səmərəli şəkildə həyata keçirilməsini təmin
edir.

Bundan başqa stenddə kiçik və orta ölçülü fermer
təsərrüfatlarına dəstək məqsədilə daha münasib qiymətə təqdim
edilən Maschio Pitagora presbağlayan aqreqatı da
görə bilərik. Bu model presbağlayanlar nahamar relyefdə istifadənin
asanlaşdırılması üçün ramanın möhkəmləndirilməsi məqsədilə üçüncü
əlavə dayaq təkərləri ilə təchiz edilmişdir.
Pitagoranın daha bir üstün cəhəti bundan ibarətdir
ki, fermerlərin ən çox əziyyət çəkdiyi, yabaların sıradan çıxması
problemi bu presbağlayanlarda aradan qaldırılmışdır. Xüsusi
qoruyucu boltlar bu texnikalarda qəza anında yabaların sıradan
çıxmasının qarşısını alır.

Eyni zamanda, Maschio Gaspardo markası sərgidə öz pnevmatik
dəqiq səpin aqreqatlarını, pambıqçılıqda istifadə üçün nəzərdə
tutulan kultivatorlarını və s. aqreqatlarını nümayiş etdirir.

Ağıllı nəzarət-ölçü mexanizmləri aqrosektorda yeni trend
yaradır

Sərgidə bu il ağıllı ölçü və nəzarət mexanizmləri üzrə yeni
şirkətlərin iştirakı müşahidə edilir. Bu tip texnologiyalar yaxın
illərdə sektorun gələcəyini dəyişəcək texnologiyalar sırasında
olacaq. Bu cür markalardan biri də Cognitive Agro
Pilot
stendində təmsil edilir. Agro Pilot
ağıllı kameraları yeni nəsil kombaynlara quraşdırılır. Bu mexanizm
süni intellektin köməyi ilə kombayn sürücürlərinə gecə və pis
görüntü şəraitində təhlükəsiz idarəetməni təmin edir. Eyni zamanda
texnologiya avtonom idarə edilən komaynların fəaliyyətinin
tənzimlənməsində istifadə edilir. Xüsusi kameralar və ağıllı
sistyem vasitəsilə mexanizm kombaynın hgərəkət trayektoriyasını
müəyyən edir, təhlükə anında hərəkəti saxlayır və s. Nəticə
etibarilə bu texnoloji həll dən itkisinin qarşısını almaqda,
məhsuldarlığı artırmaqda və yığımın sürətlənməsində fermerlərə
kömək edir.

Teqlər: