Aqrar sektorun vergidən azad edilməsi investorlar üçün geniş imkanlar yaradır – Aqrar Elm və İnnovasiya Mərkəzi

İsrail biznesini Azərbaycanda salamlayırıq.

Trend-in
məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm
və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov Azərbaycan-İsrail
biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda əlverişli işgüzar mühit və
geniş investisiya imkanları yaradılıb.

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sektoru vergidən
azad edilib və bu, potensial investorlar üçün geniş imkanlar
yaradır.

“Azərbaycan hökuməti azad edilmiş ərazilərin inkişafına böyük
diqqət ayırır. Dövlətin təşəbbüsü ilə Qarabağ “yaşıl” zona elan
edilib. Bu baxımdan kənd təsərrüfatı sektoru böyük rol oynayacaq”,
– Ə.Abbasov deyib.

(Tərcümə: Orxan Nəbiyev)