Aprel ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya
ödənişini tam yekunlaşdırıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron
rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan
şəxslərin pensiyalarının, habelə güzəştli şərtlərlə təyin edilmiş
pensiyaların ödənişi başa çatıb.

2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi
yardımın II rüb üzrə ödəniləcək hissəsi (50 manat) da aprel ayının
pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank
kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə
bilərlər.

Teqlər: