Azərbaycan xarici borcunu azaltmağı planlaşdırır

Azərbaycan ümumi dövlət borcunda xarici dövlət borcu
göstəricisini ÜDM-in 10 faizinədək azaltmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Maliyyə
Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan xarici
dövlət borcunda xarici valyutanın payını 95 faizdən 81 faizədək
azaldıb.

“Bizim əsas hədəflərimizdən biri bu göstəricini ortamüddətli
perspektivdə 85 faizədək azaltmaq idi. Bu gün Azərbaycanın borc
öhdəliklərinin 81 xarici valyutada formalaşıb. Ortamüddətli
perspektivdə dövlət borcunda xarici valyutanın payının daha da
azaldılması planlaşdırılır”, – A.Mursaqulov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: