“Apple” şirkəti daxili kamerası olan saatı prototipi
patentləşdirib.
Trend xəbər
verir ki, bu barədə “Patently Apple” nəşri yazır.
Qeyd olunur ki, bu barədə məlumat ABŞ Patent və Ticarət
Nişanları İdarəsinin (USPTO) məlumat bazasında yerləşdirilib.
Görüntülərə əsasən, korporasiyanın mühəndisləri kameranı “Apple
Watch” saatının tacında quraşdırıblar. Kameranı foto və videoları
birbaşa istifadəçinin biləyindən çəkmək üçün istifadə etmək
olar.
Daha yaxşı fotoşəkillər əldə etmək üçün gadget’a flaş
funksiyalarını yerinə yetirən diod işıq quraşdırılıb.
Əlavə olunur ki, “Apple” bundan əvvəl də oxşar ixtiraya patent
almışdır. Lakin 2019-cu ildə şirkət kameranı saatın kəmərində
quraşdırılması ilə bağlı müvafiq qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, hazırda “Apple”-in istehsal etdiyi “Apple Watch”
smart saatlarında kamera yoxdur.