Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq üçün şərtlərini açıqlayıb

Səudiyyə Ərəbistanı Rusiyada hasilat əhəmiyyətli dərəcədə
azalarsa neft hasilatını artırmağa hazırdır.

Trend xəbər
verir ki, bu barədə “Financial Times” yazır.

Nəşr qeyd edir ki, bu, Qərbin Moskvaya qarşı tətbiq etdiyi
sanksiyalardan qaynaqlana bilər.

Səudiyyə Ərəbistanı rəhbərliyi hesab edir ki, neftin yüksək
qiymətinə baxmayaraq, bazarda hələ ki, real qıtlıq yoxdur.

Nəşrin yazdığına görə, ABŞ və Səudiyyə Ərəbistanı arasında
münasibətlərin gərginliyinə baxmayaraq, Vaşinqtonun yüksək
səviyyəli nümayəndə heyətlərinin son səfərləri münasibətlərin
yaxşılaşmasına kömək edib.

Teqlər: