Messi karyerasında 40-cı mükafatını qazanıb

Fransa “PSJ”sinin argentinalı hücumçusu Lionel Messi
karyerasında 40-cı mükafatını qazanıb.

Trend xəbər
verir ki, ötən gün “Amerika Kuboku 2021”-in qalibi ilə 2020-ci il
Avropa çempionatının qalibinin qarşılaşdığı “Finalissima” oyununda
Argentina millisi İtaliya millisini 3:0 hesabı ilə məğlub edib.

Hücumçu matç ərzində iki məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliya millisi isə son 5 ilin ən iri məğlubiyyətini yaşayıb.
Belə ki, sonuncu dəfə “Squadra adzura” bu hesabla məğlubiyyətə
2017-ci ildə İspaniya ilə oyunda yaşayıb.

Teqlər: