“Apple” Mac kompüterləri üçün yeni ən güclü prosessorunu təqdim
edib..
AzerTimes-ın məlumatına görə, yeni M1 Ultra prosessoru saniyədə 2,5
terabit ötürmə qabiliyyətinə malik iki “M1 Max” çipi üzərində
əsaslanır. Cihaz 20 nüvəyə malikdir – 16 yüksək performanslı və 4
yüksək effektivli.
“Apple” nümayəndələrinin sözlərinə görə, yeni prosessor
videoların montajı və 3D render kimi mürəkkəb yaradıcı proqramlar
üçün uyğundur. M1 Ultra həmçinin “Apple”ın ilk ARM prosessoru olan
M1-dən təxminən səkkiz dəfə sürətlidir. Şirkətdən bildirilib ki, M1
Ultra əsasında ilk kompüter Mac Studio olacaq.