Apple iPhone 13-lərini yenilədi

Apple iPhone 13 və 13 Pro-nun yenilənmiş versiyalarını təqdim
etdi.

AzerTimes-ın məlumatına görə, hər iki smartfonun korpusu yeni
rənglərdədir. Beləliklə, indi iPhone 13 qara, ağ, qırmızı, mavi,
çəhrayı və yeni yaşıl rənglərdə mövcuddur, iPhone 13 Pro isə qara,
ağ, qızılı, mavi və eyni yaşıl rənglərdə olacaq.

iPhone 13 və 13 Pro-nun yenilənmiş versiyalarının satışı martın
11-dən başlayacaq.