AP-nin Saakaşvili ilə bağlı çağırışına Tiflisdən reaksiya

AP-nin Saakaşvili ilə bağlı çağırışına Tiflisdən reaksiya

Biz bu filmə artıq baxmışıq – eyni ssenari, eyni rejissor, eyni aktyorlar, eyni mahiyyət, bütün bunların içində var.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa parlamentarilərin Saakaşvili ilə bağlı çağırışlarına cavabında deyib.

Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmasının gedişatını Avropa Parlamenti deyil, Avropa Komissiyası qiymətləndirir:

“Biz görürük ki, Gürcüstana, gürcü xalqına münasibəti ilə tanınan eyni adamlar tərəfindən üzücü addımlar atılır. Təəssüf ki, bir neçə avroparlamentari görürük ki, Gürcüstana münasibətdə yalnız bir münasibət var – Mixail Saakaşvili ilə dostluq. Bu dostluq avtomatik olaraq o deməkdir ki, bu, Gürcüstanla dostluq deyil. Bugünkü müzakirə çərçivəsində acı bir reallığın şahidi oluruq. Görək parlament bundan sonra nələri nəzərə alacaq, baxmayaraq ki, bu, dəfələrlə şahidi olduğumuz addımlardır. Əsas odur ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmasının gedişatını Avropa Parlamenti yox, Avropa Komissiyası qiymətləndirir. Biz bir neçə dəfə xüsusi olaraq təsdiqləmişik ki, Avropa Parlamentinin deputatlarının münasibəti, bəyanatları və sair Gürcüstanın irəliləyişini qiymətləndirmək baxımından heç bir əhəmiyyət kəsb etmir”.

Qeyd edək ki, Gürcüstanın assosiasiya sazişinin icrasına dair hesabatda hazırlanan düzəlişlərlə bağlı Avropa Parlamentinin deputatları hakimiyyəti humanitar əsaslarla Mixail Saakaşvilini azad etməyə çağırıblar.

Teqlər: