Qazaxda avtomobil qəzası: yaralılar var

Qazaxda avtomobil qəzası: yaralılar var

Qazax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, rayonun mərkəzi ərazisində 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü R.Nağıyeva və 1968-ci il təvəllüdlü A.Nağıyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: