Anatoli Çubays Rusiya prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb

Anatoli Çubays Rusiya Prezidentinin Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə
xüsusi nümayəndəsi vəzifəsindən ayrılır.

AzerTimes-ın
məlumatına görə, bu barədə A.Çubaysa yaxın mənbə bildirib.

“Bəli doğrudur. Anatoli Borisoviç bu vəzifəni tərk edir”, – deyə
qeyd olunub.

A.Çubaysa yaxın olan digər mənbə də onun Rusiyanı tərk etdiyini
bildirib.

Qeyd edək ki, Anatoli Çubays 2020-ci il dekabrın 4-də Rusiya
Federasiyası Prezidentinin Xüsusi Nümayəndəsi vəzifəsinə təyin
olunub.