Göyçayda yaşayış binasında yanğın olub

Göyçay şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, şəhərdə ikimərtəbəli
yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2
otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 m² sahədə və
binanın dam örtüyü 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi
yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: