Anar Kərimov Şuşa ilə bağlı mədəniyyət layihələrindən danışıb

Şuşa mədəniyyət paytaxtımız olaraq bu il azadlığının 2-ci
ildönümünü yaşayacaq.

AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Şuşa söhbətləri” layihəsinin təqdimat mərasimi zamanı deyib

O qeyd edib ki, bu il eyni zamanda Şuşanın yaranmasının 270
illiyidir.

“Şuşanın əhəmiyyəti yalnız onun tarixindən yox, həmçinin
mədəniyyət beşiyimiz olmasından irəli gəlir. “Şuşa söhbətləri”
layihəsində şərait yaradılacaq ki, vətəndaşlar da iştirak etsin və
öz fikirlərini səsləndirsinlər. Bu müzakirələrin Şuşada da
keçirilməsi planlaşdırılır” – deyə nazir əlavə edib.

Teqlər: