ANAMA və Fransanın ölkəmizdəki səfirliyi arasında Niyyət Bəyannaməsi imzalanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə
Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda
həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək
məqsədilə Niyyət Bəyannaməsi imzalanıb.

ANAMA-dan AzerTimes-a
bildirilib ki, Bəyannamə Agentliyin sədri Vüqar Süleymanov və
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Zakari Qros tərəfindən imzalanıb.

Sənəd ANAMA-nın texniki potensialının gücləndirilməsi, yaşayış
üçün təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən
fəaliyyətə dəstək olmaqla, keçmiş məcburi köçkünlərin öz doğma
yurdlarına qayıdışı üzrə görülən işlərə töhfə olacaqdır.

Bəyannamənin əsas fəaliyyət istiqamətləri səfirliyin dəstəyi
hesabına minatəmizləmə avadanlığının alınması, eləcə də alınacaq
avadanlığın istifadəsi üzrə təlimlərin keçirilməsini nəzərdə
tutur.

Teqlər: