ANAMA son bir ayın hesabatını açıqladı: 962 hektar ərazi minalardan təmizlənib

Xəbər - Çingiz Səfərli – Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 429 piyada əleyhinə, 83 tank əleyhinə mina və 533 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

962 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Ötən il noyabrın 10-dan bu il oktyabrın 2-dək isə ümumilikdə 5537 hektar ərazi mina və PHS-lərdan təmizlənib.

Twitter: @cingizsafarli

Teqlər: