
İsveçdə baş verən avtomobil qəzası nəticəsində rəssam Lars Vilks dünyasını dəyişib.
2007-ci ildə Məhəmməd peyğəmbərin it bədəni ilə karikaturasını nəşr etdirdikdən sonra məşhurlaşmışdı.
“Əl-Qaidə” terror təşkilatı Vilksi “İslamın əsas düşmənləri” siyahısına daxil edərək, başına 100 min dollar mükafat təyin etmişdi. Həmin vaxtdan sənətçi gecə-gündüz xüsusi aqentlər tərəfindən qorunurdu.
Qəzada Vilks ilə birlikdə iki təhlükəsizlik agenti də ölüb.