ABŞ Prezidenti Co Bayden və sabiq lider Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olma ehtimalı mövcuddur.
AzerTimes xəbər verir ki, CNBC telekanalı ölkədəki növbəti prezident seçkiləri ilə bağlı sorğu keçirib.
İştirakçılara Bayden və Trampın yenidən prezident olub-olmaması ilə bağlı sorğu ünvanlanıb.
Sorğuda iştirak edənlərin 61%-i Trampı yenidən namizəd kimi görmək istəmədiyini açıqlayıb. Bu göstərici Bayden üçün 70% kimi qeyd olunub.
Baydeni prezident kimi görmək istəməyənlərin 47%-i yaş faktorunu əsas göstərib.