İsveç və Finlandiya parlament sədrləri Türkiyəyə gəlir

İsveç və Finlandiya parlament sədrləri Türkiyəyə gəlir

İsveç və Finlandiya parlamentlərinin sədrləri yanvarda NATO-ya üzvlüklə bağlı məsələləri müzakirə etmək üçün Türkiyəyə səfər edəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şəntop məlumat verib.

O bildirib ki, İsveç və Finlandiya öz üzərinə müəyyən öhdəliklər götürüb və Türkiyə bunların icra olunma prosesini izləyir.

“Yanvar ayının ortalarında İsveç və Finlandiya parlamentlərinin sədrləri Türkiyəyə gələcək. Görürəm ki, onlar yaxşı niyyətli və qətiyyətlidirlər. Niyə İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlər? Milli təhlükəsizliyi qorumaq və gücləndirməyə görə. Biz bu təminata inanmalıyıq, bu, ancaq konkret addımlarla ola bilər. Türkiyə buna qərar verəcək. Əvvəldən də göstərmişik ki, bizim yaxşı niyyətimiz var”, – o bildirib.

Teqlər: