Ankaradan Moskvaya nüvə ilə bağlı təklif… – KİV

Ankaradan Moskvaya nüvə ilə bağlı təklif… – KİV

Türkiyə ilə Rusiya arasında enerji sahəsindəki əlaqələr gündən-günə güclənir.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

Nəşr bildirib ki, hər iki ölkənin liderləri Türkiyənin Rusiya qazı üçün regional ticarət mərkəzinə necə çevrilə biləcəyini müzakirə ediblər:

“Ankara gələn il istismara verilməsi planlaşdırılan nüvə stansiyasına əlavə olaraq, Rusiya tərəfindən layihələndirilən və maliyyələşdirilən ikinci AES-in tikintisini təklif edir. Türkiyə Avropa, Orta Asiya və Yaxın Şərq arasında mühüm strateji mövqedə yer alır”.

Eyni zamanda vurğulanıb ki, əksəriyyəti Rusiya ilə əlaqəsi olmayan 20-dən artıq neft tankeri İstanbul və Çanaqqala boğazlarından Aralıq dənizinə keçmək üçün icazə gözləyir:

“Türkiyə də tavan qiymətini əsas götürərək dənizdə sığortasız tanker riskinin artdığını söyləyir və əlavə sığorta sənədləri tələb edir”.

Teqlər: