Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib.
Rəsmi Ankara “ABŞ-ın S-400 ZRK tədarükü səbəbindən bu gün (15 dekabr) açıqladığı və Türkiyəyə qarşı birtərəfli sanksiyaları nəzərdə tutan qərarı qınayır və rədd edir”.
“Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu düşündüyü tədbirləri görməkdən imtina etməyəcək”, – Türkiyə XİN-in yaydığı açıqlamada belə deyilir.