İşgəncəyə məruz qalan əsir əsgərimiz vətənə gətirildi

İşgəncəyə məruz qalan əsir əsgərimiz vətənə gətirildi

Vətən Müharibəsində yaralı halda ermənilər tərəfindən əsir götürülən Amin Musayev Vətənə gətirilib.

Bu barədə məlumat sosial şəbəkədə yayılan şəkillərdən bəlli olub.

Hal-hazırda Amin Musayev həkim nəzarətindədir. Məlumata görə, o, Bakıda xəstəxanaya yerləşdirilib.

Amin Musayevdən başqa, əsir götürülən bir neçə hərbçimizin də Azərbaycana gətirilməsi ilə bağlı məlumat yayılıb. Amma bununla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.