Birləşmiş Ştatlarda koronavirusa qarşı ilk peyvənd vuruldu

Birləşmiş Ştatlarda koronavirusa qarşı ilk peyvənd vuruldu

ABŞ-da yeni növ koronavirusa qarşı kütləvi peyvəndlənmə prosesi başlayıb.

BioNTech – Pfizer peyvəndi təsdiq edildikdən sonra, Nyu-Yorkda reanimasiyada işləyən tibb bacısı Sandra Lindsay üzərində ilk test keçirilib.

Peyvənd olunarkən canlı yayıma Nyu-York valisi Endryu Kuomo da qatılıb.

ABŞ prezidenti Donald Tramp isə twitter hesabında ilk peyvənd haqqında paylaşım edib.

“İlk peyvənd edildi. Təbriklər, ABŞ. Təbriklər, dünya”, – deyə Tramp bildirib.