Almaniyada ərzaq çatışmazlığı proqnozlaşdırılır

Almaniyada ərzaq assosiasiyaları xammal qiymətlərinin artması
səbəbindən tezliklə ərzaq qıtlığınıb baş verəcəyini
proqnozlaşdırıblar.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, xammalın bahalaşmasına və nəticədə
məhsulların maya dəyərinin artmasına səbəb Ukraynada davam edən
böhran vəziyyətidir. Almaniyanın qida təşkilatları bu məsələyə
baxılması üçün səlahiyyətlilərə müraciət edib.

Almaniya Federal Qida Sənayesi Assosiasiyasının prezidenti
Kristian fon Bettiçer bildirib ki, vəziyyət dəyişməzsə, gec-tez elə
bir məqam gələcək ki, söhbət hətta məhsullar üçün inqrediyentlərin
qiymətindən deyil, istehsalçıların onları ümumiyyətlə əldə
edib-etməməsi ilə bağlı olacaq. Bununla əlaqədar olaraq o,
Almaniyanın Kənd Təsərrüfatı naziri Cem Özdemiri aktiv böhran
idarəçiliyinə keçməyə çağırıb.

Bildirilir ki, çörək məmulatlarının istehsalına çəkilən xərclər
artıq 25-30% artmağı, hətta enerji, xammal və kadr xərclərində
artımən baş verməsi azmış kimi, tezliklə ölkədə süd və çörək
məhsullarının qiymətləri xeyli arta bilər.