Almaniya prezidenti koronavirusa görə Polşaya səfərini təxirə salıb

Almaniya prezidenti Frank-Valter Ştaynmayer koronavirusa
yoluxması ilə əlaqədar Polşaya martın 29-da planlaşdırılan səfərini
təxirə salıb.

Trend-in
məlumatına görə, bu barədə prezidentin işlər idarəsi bildirib.

Qeyd olunur ki, F.Ştaynmayerin bu gün verdiyi təkrar koronavirus
testi də müsbət nəticələnib.

Xatırladaq ki, Almaniya prezidenti, eləcə də onun həyat yoldaşı
martın 22-də koronavirusa yoluxmuşdu. Onların xəstəliyinin yüngül
formada keçdiyi bildirilib.