“Smart Electronics”in Qara Qarayev filialı fəaliyyətə başlayıb (FOTO)

Sərfəli qiymətləri və kampaniyaları ilə alıcıların böyük
rəğbətini qazanan elektronika məhsullarının satış şəbəkəsi Smart
Electronics 5-ci mağaza filialını açıb.

Müştərilərə daha rahat xidmət və əlçatımlı olmaq üçün yeni
filial paytaxtın sıx yaşayış sahələrindən biri olan Nizami rayonu,
Qara Qarayev 26B ünvanında fəaliyyətə başlayıb.

Qara Qarayev filialının açılışına gələn qonaqlara Şirkət
nümayəndələri yeni məhsul çeşidlərini və mağaza konseptini,
həmçinin şirkətin onlayn satış platforması olan
www.smartelectronics.az saytında edilən dəyişiklikləri təqdim
edib.

Artıq altı ildir elektronika bazarında böyüməkdə olan Smart
Electronics açılışa özəl kampaniyada bütün smartfon və planşetlərə
18 ay, digər bütün notbuk, məişət əşyaları, aksessuarlar və
100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız
hissəli ödəniş imkanı yaradır. Smart Electronics, həmçinin nağd
alışlarda hədiyyələr və Umico ilə alış verişdə 7 % – dək keşbək
təklif edir.

Açılışda iştirak edən Şirkət rəhbərliyi bildirib ki, elektronika
bazarında təkcə keyfiyyətli məhsullarla deyil, həmçinin müştəri
məmnuniyətini əsas götürərək konsultasiya imkanları ilə də
fərqlənirlər. Belə ki, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq
bəyəndikləri məhsullar barədə ətraflı məlumat ala, onların
ehtiyaclarına cavab verən ən doğru məhsulu seçməkdə mütəxəssis
köməyindən yararlana bilərlər.

Qeyd edək ki, bölgələrdə olan müştərilərinə daha yaxın olmaq
üçün tezliklə Smart Electronics-in regional filialları da
fəaliyyətə başlayacaq.

Teqlər: