Almaniya Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 20-nə planlaşdırılan Ukrayna səfərini ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Ştaynmayerin Kiyevə səfəri bir neçə həftə ərzində razılaşdırılıb. Lakin Almaniya dövlət başçısının ofisi təhlükəsizlik səbəbi ilə səfəri ləğv edib.