Rusiya vaxt vermişdi – Moldova təcili iclas keçirdi

Rusiya vaxt vermişdi – Moldova təcili iclas keçirdi

Fövqəladə Hallar Komissiyasının iclası yenicə başa çatıb. Biz ölkənin qaz nəqli sistemi ilə bağlı kredit verilməsini təklif etmişik.

AzerTimes xəbər verir ki, bunu Moldova Baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu bildirib.

“Bu qərar “Moldovaqaz”a sentyabr ayı üçün “Qazprom”a tam ödəniş etməyə və oktyabr ayı üçün avans ödəməyə imkan verəcək”, – Spinu vurğulayıb.

Qeyd edək ki, daha öncə “Qazprom” oktyabrın 20-dək Moldova tərəfinin ödəniş öhdəliklərinin pozacağı təqdirdə qazın nəqlini tamamilə dayandıracağını bəyan edib.

Teqlər: