Allahşükür Paşazadə Strasburqa gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola
düşür.

QMİ-dən AzerTimes-a verilən
məlumata görə, səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində «Din
və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda
keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

Dinlərarası dialoqun təşviqi yönündə Avropa Şurasının bu
konfransı Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri
arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini
qəbul etmək məramı daşıyır. Qeyd edək ki, bu təşəbbüs G20
çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə
Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlmişdir.

Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda
məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam A. Paşazadə İslam
dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb. Çıxışında
Şeyxülislam A.Paşazadə müasir dövrümüzdə insanlar arasında
təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət
çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.

Teqlər: