Metroda maskadan istifadə ləğv edilsə də, sosial məsafəyə nəzarət olunacaq – RƏSMİ

Mayın 1-dən qapalı məkanlarda maskalardan istifadə ləğv edilsə
də, metro stansiyalarında karantin qaydalarına əməl olunmasına
nəzarət ediləcək.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Bakı metropoliteninin
Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, tibbi maskanın istifadəsi ləğv edilsə də, ölkədə
karantin rejimi hələ də davam etdiyindən metronun stansiyalarında
da bu qaydalara uyğun nəzarət tədbirlləri davam etdiriləcək.

“Metropolitenin texniki işçiləri və insan resursları imkanları
səviyyəsində karantin qaydalarına, Operativ Qərargahın tapşırıq və
tövsiyyələrinə uyğun olaraq nəzarət olacaq. Metropolitendə
yaradılan operativ qrup bu məsələlərə diqqət edəcək. Bununla
yanaşı, metropoliten stansiyalarında sosial məsafə və digər
məsələlərlə bağlı mütəmadi monitorinqlər də keçiriləcək. Maskadan
istifadə ləğv edilsə də, sosial məsafə və digər qaydalarla bağlı
işlər davam etdiriləcək. Bu proses metropolitenin texniki imkanları
çərçivəsində həyata keçiriləcək. Sərnişin sıxlığı yaranacağı
təqdirdə bu məsələlərə ciddi diqqət yetiriləcək”.

Teqlər: