Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama
aprelin 14-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Baş nazir ölkəmizin azadlığı və
suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər
çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini
seyr edən Albaniyanın Baş naziri Edi Ramaya Şəhidlər xiyabanının
tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə
məlumat verilib.

Teqlər: