Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarında İsraildən olan kişilər qrupu qızıl medal qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupu Yarışlarında İsraildən olan kişilər qrupu 12-18 yaş
kateqoriyasında qızıl medal qazanıb.

İdmançılar 28,230 xal olub toplayıblar.

Gümüş medalı Rusiyadan olan kişilər qrupu (27,980 xal), “bürünc”ü Böyük Britaniya (26,890 xal) qrupu qazanıb.

Finalda kişi qrupları kombinə edilmiş hərəkətləri təqdim
ediblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Teqlər: