Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında İsrail idmançıları qadın cütlükləri arasında birinci yeri tutublar (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında İsrail gimnastları Harel Aharoni və Yuval Bar
Tal 12-18 yaş kateqoriyasında qadın cütlükləri arasında 27,640
xalla birinci yeri tutublar.

AzerTimes-ın
məlumatına görə, fransalı Melle Devin və Juli Filuz 27,500 xalla
ikinci, ABŞ təmsilçiləri Ellison Stoun və Ayla Varqas (27,400 xal)
üçüncü yerdədirlər.

Finalda gimnastlar kombinə edilmiş hərəkətləri təqdim
ediblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Teqlər: