Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri, təhlükəsizlik və müdafiə sahəsində regional prosesləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər.