Akar ukraynalı nazirlərlə nələri müzakirə etdi?

Akar ukraynalı nazirlərlə nələri müzakirə etdi?

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, danışıqlar zamanı Ukraynaya humanitar yardım və taxıl tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Hulusi Akar Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya ilə görülən işdən məmnunluğunu ifadə edib.

Həmçinin Ukrayna xalqına göstərilən humanitar yardımın bundan sonra da davam etdiriləcəyi bir daha vurğulanıb.

Teqlər: