Zelenski: Putinlə danışmayacam!

Zelenski: Putinlə danışmayacam!

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı ultimatum səsləndirənlərlə danışıqlara getməyəcəyini bildirib.

“Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərlə danışmayacam”, – Zelenski bildirib.

Teqlər: