İsveçdə seçkilər: Hakim partiya öndədir

İsveçdə seçkilər: Hakim partiya öndədir

İsveçin hakim Sosial Demokrat İşçi Partiyasının qırmızı-yaşıl bloku (Sosial Demokrat İşçi Partiyası, Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyası) Mərkəz Partiyası ilə birgə İsveçdə keçirilən parlament seçkilərində cüzi fərqlə öndədir.

AzerTimes-ın məlumatına görə, bu barədə “TV4” televiziya kanalının “eksit poll” nəticələrində göstərilib.

Məlumata əsasən, hakim blok 50,6 faiz, müxalifətin sağ-liberal alyansı (Mülayim Koalisiya Partiyası, “Liberallar”, Xristian Demokrat Partiyası, “İsveç Demokratları”) 48 faiz səs toplayıb.

Teqlər: