Aİ Rusiyaya qarşı sanksiyaların beşinci paketini təsdiq edib

Avropa İttifaqı (Aİ) Ukraynada davam edən hərbi əməliyyatlarla
əlaqədar Rusiyaya tətbiq olunan iqtisadi və fərdi sanksiyaların
beşinci paketini təsdiq edib.

Trend-in
məlumatına görə, bunu bu gün Avropa Şurası İttifaqı elan edib.

Sanksiyaların beşinci paketinə Rusiya gəmilərinin Aİ limanlarına
daxil olması və Rusiyadan kömür tədarükünün qadağan olunması,
Rusiyaya kvant kompüterlərinin, yarımkeçiricilərin, aviasiya
yanacağının ixracının dayandırılması daxildir.

Bundan başqa, yeni sanksiyalara əsasən, Rusiyanın dörd aparıcı
bankının aktivləri dondurulur və əməliyyatları qadağan edilir.
Həmin banklarn adları açıqlanmayıb.

Eyni zamanda Rusiya və Belarus hüquqi şəxslərinə əskinasların və
qiymətli kağızların satılması qadağan edilir.